“ABŞ-ı qüdrətli dövlət etmişəm” - Tramp özünü təriflədi

abs-i-qudretli-dovlet-etmisem
Oxunma sayı: 2511

ABŞ prezidenti Donald Tramp seçkiqabağı kampaniyasının “Make America Great Again” şüarını yerinə yetirdiyini deyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Tvitter səhifəsində Amerikanı yenidən qüdrətli ölkə etdiyini yazıb:

“Bəli, mən artıq Amerikanı qüdrətli dövlət etmişəm. Siz təkcə fond bazarlarına, iş yerlərinə, silahlı qüvvələrə baxın. Biz rekord qırırıq və hər şey daha da yaxşı olacaq”. 

Qeyd edək ki, Tramp bunları siyasi rəqibi olan Nyu-York qubernatoru Endryu Kuomonun “Amerika heç vaxt qüdrətli dövlət olmayıb” sözlərinə cavab olaraq yazıb.