ABŞ-ın 16 ştatı Trampı məhkəməyə verdi

abs-in-16-stati-trampi-mehkemeye-verdi
Oxunma sayı: 782

Kaliforniya və daha 15 ştat prezident Donald Trampı ABŞ-da elan etdiyi fövqəladə vəziyyət rejiminə görə məhkəməyə verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb. 

San-Fransisko Rayon Məhkəməsində açılan iddiada bildirilir ki, Trampın Meksika ilə sərhəddə divarın tikintisinə pul ayırmaq üçün ölkədə fövqəladə vəziyyət elan etməyinə haqqı yoxdur, çünki bu xərclərə Konqress nəzarət edir.

İddiaçılar öz dövlətlərinin iqtisadi maraqlarını və təbii ehtiyatlarını qorumaq istədiklərini bəyan ediblər.