ABŞ-ın baş prokuroru istefa verdi

abs-in-bas-prokuroru-istefa-verdi
Oxunma sayı: 1112

ABŞ-ın baş prokuroru Ceff Seşns istefa verib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, nazir istefa ərizəsini prezident Donald Trampa təqdim edib. Tramp Tvitter səhifəsində Seşnsın istefası xəbərini paylaşıb:

“Ədliyyə naziri Ceff Seşnsa vəzifəsinin icrasına görə təşəkkür edirik və ona xoş arzularımızı çatdırırıq. Bu posta kimin təyin olunacağını isə yaxın zamanlarda biləcəyik”. 

Seşnsın yerinə müvəqqəti olaraq qərargah rəisi Mettyu Uitaker gətirilib.