ABŞ-ın CİA rəhbəri Türkiyəyə gedir

abs-in-cia-rehberi-turkiyeye-gedir
Oxunma sayı: 980

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Gina Haspel jurnalist Camal Kaşıkçının konsulluqda qətli ilə bağlı aparılan istintaq işləri ilə əlaqədar Türkiyəyə səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, Haspelin gələn həftənin ilk iş günü Türkiyəyə səfəri gözlənilir. ABŞ mediasının adını açıqlamadığı mənbəsinə istinadən yaydığı məlumata görə, Haspel istintaq işi çərçivəsində bir sıra görüşlər keçirəcək. 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hökuməti oktyabrın 2-dən bəri yoxa çıxan Kaşıkçının İstanbul konsulluğunda yaşanan münaqişə nəticəsində öldürüldüyünü açıqlayıb.