ABŞ-ın daha bir ştatında abort qadağası - 15 ilə qədər həbs...

ABŞ-ın daha bir ştatında abort qadağası
Oxunma sayı: 398

ABŞ-ın Missuri ştatının qubernatoru Mayk Parson hamiləliyin səkkizinci həftəsindən başlayaraq edilən abortları qadağan edən qanunu imzalayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə qubernator ofisi məlumat yayıb. 

İkinci aydan sonra abort edən həkimləri qanunla 15 ilə qədər həbs gözləyəcək. 

Qanun avqustun sonları qüvvəyə minəcək. 

Qeyd edək ki, daha əvvəl Alabama ştatının qubernatoru bütün abortları ağır cinayət kateqoriyasına daxil edən qanunu imzalayıb. Bunu edən həkimləri isə 99 ilə qədər həbs gözləyir. 

Abortlara ABŞ-da federal səviyyədə icazə verilir. Müvafiq tarixi qərar 1973-cü ildə Ali Məhkəmə tərəfindən qəbul edilib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi