ABŞ-ın daxili işlər naziri qadın oldu

abs-in-daxili-isler-naziri-qadin-oldu
Oxunma sayı: 632

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama tərəfindən fevral ayında daxili işlər naziri postuna namizəd göstərilən Selli Cevellin namizədliyi ABŞ Senatı tərəfindən təsdiqlənib. Onun lehinə 87 senator, əleyhinə isə 11 senator səs verib.

Obama verdiyi yazılı açıqlamada Cevellin bu vəzifə üçün təyin edilmiş ən uğurlu kadr olduğunu bildirib.

Qeyd edək ki, Selli Cevell bundan öncə idman mallarının satışı ilə məşğul olan “Recreational Equipment Inc” (REI) şirkətinə rəhbərlik edib.