“ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk” - Novruz Məmmədov

“ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk”
Oxunma sayı: 622

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov ABŞ-la əməkdaşlıq əlaqələrindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, “Washington Times”-a danışan siyasətçi Azərbaycanın daim modernləşməyə doğru irəlilədiyini və ABŞ-la tərəfdaşlığı gücləndirdiyini bildirib. O, “Cənub Qaz Dəhlizi layihəsində Birləşmiş Ştatların dəstəyini yüksək qiymətləndiririk”,- deyib. 

Novruz Məmmədov onu da əlavə edib ki, Azərbaycan gözlənilən və etibarlı xarici siyasət aparır.

Siyasətçi Azərbaycan neftinin Qərb üçün əhəmiyyətinə də toxunub. O, “Bu gün Azərbaycanın neft və qaz ixracı Qərb enerji təhlükəsizliyində mühüm rol oynayır”,- deyib.

Aysel Kərimova


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi