ABŞ-ın hava hücumunda 5 rus ölüb, lakin... - Rusiya XİN-i təsdiqlədi

abs-in-hava-hucumunda-5-rus-olub-lakin
Oxunma sayı: 2062

Rusiya XİN-i ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın aviazərbələri nəticəsində Suriyada beş rusiyalının ölməsini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN rəsmisi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib. Zaxarova vurğulayıb ki, ölən şəxslərin Rusiya, yoxsa digər ölkə vətəndaşları olmasını dəqiqləşdirməyə ehtiyac var.  

XİN rəsmisi onu da qeyd edib ki, söhbət mülki vətəndaşlardan gedir, rus hərbçilərindən deyil.