ABŞ-ın iki təyyarəsi Yaponiya sahillərində toqquşdu

abs-in-iki-teyyaresi-yaponiya-sahillerinde-toqqusdu
Oxunma sayı: 1207

ABŞ-a məxsus “KC-130” tipli tanker təyyarəsi ilə “F/A-18” tipli döyüş təyyarəsi Yaponiya sahillərində təlim zamanı toqquşublar.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, hazırda qəzanın baş verdiyi ərazidə axtarışlar aparılır.

Məlumata görə, təyyarə ekipajından bir nəfər Yaponiya Dəniz Müdafiə Qüvvələri tərəfindən xilas edilib.

Qəzanın səbəbi bilinmir.