ABŞ-ın neft nəhəngi Azərbaycandan gedir - “Əsrin müqaviləsi”ndəki payını...

abs-in-neft-nehengi-azerbaycandan-gedir
Oxunma sayı: 4826

ABŞ-ın nəhəng “Exxon Mobil” neft şirkəti “Əsrin müqaviləsi” adlandırılan Azərbaycanın iri neft-qaz layihəsini tərk etməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” mənbəsinə istinadən məlumat yayıb. Buna səbəb ABŞ-ın neft-qaz nəhənginin öz qlobal əməliyyatlarına, sənaye və bank mənbələrinə yenidən baxmaq istəməsi göstərilir. 

Exxon Xəzərdəki Azəri-Çıraq Günəşli yatağındakı 6.8 faizlik payının satışından 2 milyard dollar əldə etməyə ümid edir. 

Nəşr yazır ki, bu satış 25 illik səyahətin sonu demək olacaq. Belə ki, Exxon Sovet İttifaqının dağılması və 1994-cü ildə müqavilənin imzalanmasından sonra Azərbaycanın indiki neft sənayesinin yaradılmasına kömək edən ABŞ-ın beş neft şirkətindən biri olub.