ABŞ-ın Qüdsdəki səfirliyinin açılışına qatılan iki diplomat işdən qovuldu

abs-in-qudsdeki-sefirliyinin-acilisina-qatilan-iki-diplomat-isden-qovuldu
Oxunma sayı: 2356

İsrail tərəfindən işğal olunmuş Fələstin torpağı Qüdsdə ABŞ səfirliyinin açılışına qatılan anqolalı diplomatlar işdən qovulub.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, Anqola Xarici İşlər naziri Manuel Auqusto həmin mərasimə qatılan Anqolanın Təl-Əvivdəki səfirinin müşaviri Joao Dioqo Fortunato və ona tədbirdə iştirak etməyə icazə verən Afrika və Yaxın Şərq üzrə regional direktoru Xoaqim do Espirito Santonu işdən çıxarıb.

Onların vəzifədən qovulmasına səbəb kimi Anqolanın daxili qərarlarına raiyət etməmələri göstərilib. Həmçinin, diplomatların ölkənin imicinə zərər vurduqları bildirilib.

Qeyd edək ki, ABŞ Qüdsdəki səfirliyinin açılışını 14 mayda etmişdi. Həmin gün Qəzzada keçirilən etiraz aksiyalarında 63 nəfər İsrail əsgərləri tərəfindən qətlə yetirilmiş, 2700-dən çoxu isə yaralanmışdı.