“ABŞ-ın Rusiya ilə mübarizə aparmaq niyyəti yoxdur” - Açıqlama

abs-in-rusiya-ile-mubarize-aparmaq-niyyeti-yoxdur-aciqlama
Oxunma sayı: 659

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Pentaqonun Avrasiya məsələləri idarəsinin direktoru Cennifer Uolş “Cənubi Qafqazda müstəqilliyin 20 illiyi: nailiyyətlər və problemlər” adlı seminarda çıxış edərkən deyib. Onun sözlərinə görə, Cənubi Qafqaz 5 əsas səbəb üzrə ABŞ-ın təhlükəsizliyin təmin olunması üçün əhəmiyyətlidir: “Birincisi, özünün coğrafi mövqeyinə və İrana yaxınlığına görə. İkincisi, bu Əfqanıstanda qoşunların təchizatı üzrə şimal bölüşdürücü şəbəkəmizin cənub hissəsidir. Bu region Əfqanıstandakı qoşunlarımıza yüklərin çatdırılması yollarının diversifikasiyasında mühüm rol oynayır. Ermənistan, Azərbaycan və Gürcüstan Əfqanıstanda təhlükəsizliyin təmin olunması üçün Beynəlxalq güclərə öz töhfəsini verir. Üçüncüsü, bu region enerji resurslarının mühüm təchizatçısı və Mərkəzi Asiyadan enerji ehtiyatlarının nəqli üçün mühüm dəhlizdir. Dördüncüsü, sabitliyin təminatı və regionda münaqişələrin nizama salmasına imkan yaratmaq bizim milli maraqlarımızdadır. Münaqişələr nizama salınmayana qədər region qeyri-stabil olaraq qalır. Biz zorakılığa qayıdışı yalnız ona görə istəmirik ki, bu regionun xeyrinə deyil, həm də ona görə ki, münaqişələrin qarşısının alınması ABŞ-ın əsas maraqlarına cavab verir. Beşincisi, Cənubi Qafqaz - avroatlantik ölkələrin böyük qrupunun bir hissəsidir və ABŞ o dövlətlər üçün imkan yaratmaqda maraqlıdır ki, hansılar ki, avroatlantik institutlara qoşulmağa çalışırlar”.

Uolş həmçinin qeyd etdi ki, Pentaqon silahlı qüvvələrin islah edilməsində, müasir hərbi institutların yaradılmasında, NATO gücləriylə operativ uyğunluğun yaxşılaşmasında və sülhməramlı əməliyyatlarda iştirak üçün imkanların inkişafında Azərbaycana, Ermənistana və Gürcüstana yardım göstərir: “Lakin nə Rusiya, nə hər hansı başqa dövlət region ölkələrinin qəbul etdiyi suveren qərarlara, həmçinin Avropa institutlarına və transatlantik ailəsinə onların qoşulub qoşulmamasına veto qoymaq hüququna malik olmamalıdır… ABŞ-ın Rusiya ilə bu və ya digər regionda Rusiya ilə mübarizə aparmaq niyyəti yoxdur. ABŞ Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışmır”.

Səidə