ABŞ-ın Rusiya üzrə yeni məsləhətçisinin adı bəlli oldu

abs-in-rusiya-uzre-yeni-meslehetcisinin-adi-belli-oldu
Oxunma sayı: 647

ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Rusiya ilə əlaqələr üzrə direktoru Fiona Hill istefaya gedir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin jurnalisti Piter Beyker tvitter mikrobloqunda məlumat verib.

Onun sözlərinə görə, bu vəzifəyə Milli Təhlükəsizlik Şurasının rəhbəri Tim Morrison gətiriləcək.

Beyker yerdəyişmənin cari ilin avqustunda baş verəcəyini bildirib: “Tramp ABŞ-Rusiya-Çin arasında mümkün “Orta və yaxın mənzilli raketlərlə bağlı” müqaviləni müzakirə etmək üçün Rusiya ilə münasibətlərini tənimləyəcəyinə ümid edir”.

Qeyd edək ki, “Orta  və yaxın mənzilli raketlərlə bağlı” razılıq 1987-ci ilin daeabrın 8-də Mixail Qorbaçovun Vaşinqtona səfəri zamanı imzalanıb. ABŞ bu ilin fevralında müqaviləni tərk edəcəyini açıqlayıb. Bundan sonra KİV-də Fiona Hillin Moskvaya gizli səfəri barədə məlumat yayılıb.

Tim Morrison 2018-ci ilin iyulunda Milli Təhlükəsizlik Şurasının tərkibinə qatılıb və prezidentin kütləvi qırğın silahları və bioloji müdafiə mövzusunda xüsusi köməkçisi olub. Bu postda o, qlobal təhlükələrin nüvə, bioloji və kimyəvi silahlardan azaldılması üçün milli siyasət və proqramların inkişafına nəzarət edir və koordinasiya edir.