ABŞ-ın San-Fransisko şəhəri ilkə imza atdı

abs-in-san-fransisko-seheri-ilke-imza-atdi
Oxunma sayı: 1371

ABŞ-ın San-Fransisko şəhərində elektron siqaretlərin bütün növlərinin istifadəsi qadağan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda şəhər Sovetinin saytında bildirilib.  “San-Fransiskoda heç kim insanlara elektron siqaret satıb və ya yaymamalıdır”, - Sovetin qərarında deyilir.

Sözügedən qərarı pozanlar min ABŞ dollarınadək inzibati cərimə ilə cəzalandırılacaqlar.

Qeyd edək ki, San-Fransisko elektron siqaretlərin istifadəsini qadağan edən ilk ABŞ şəhəridir.