ABŞ-ın vitse-prezidenti Türkiyədə İŞİD-i müzakirə edir

abs-in-vitse-prezidenti-turkiyede-isid-i-muzakire-edir
Oxunma sayı: 627


“Qafqazinfo”nun məlumatına görə, AzərTAc BBC telekanalına istinadla xəbər verir ki, Cozef Baydenin Suriya və İraqdakı vəziyyəti müzakirə etmək üçün Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır. Türkiyə İŞİD və Bəşər Əsəd rejimi ilə mübarizənin paralel aparılmasında və Suriya səmasının uçuşa bağlanmasında israr edir.

Cümə günü vitse-prezident Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə görüşüb. Görüş əsnasında Suriya müxalifətinə birgə köməyi davam etdirmək barədə razılıq əldə olunub.