ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

abs-irana-qarsi-sanksiyalari-genislendirdi
Oxunma sayı: 1440

ABŞ hökuməti İrana qarşı sanksiyaları genişləndirib.
 
“Qafqazinfo”nun “Tass” agentliyinə istinadən verdiyi xəbərə görə, sanksiyalar 14 fiziki şəxs və şirkətə qarşı şamil olunub. Bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Qeyd olunur ki, İran parlamentinin spikeri Əli Laricaninin qardaşı, İran Məhkəmə Sisteminin rəisi Sadıq Laricaniyə qarşı da sanksiya tətbiq olunub.