“ABŞ İrana zərər verməyə çalışdı, baş tutmadı”

“ABŞ İrana zərər verməyə çalışdı, baş tutmadı”
Oxunma sayı: 760

Birləşmiş Ştatlar İrana zərər vurmaq istədi, lakin onların cəhdi nəticə vermədi.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri İran İslam Respublikasının prezidenti Həsən Ruhani deyib. 

Prezident, həmçinin qeyd edib ki, Fars körfəzi ölkələrinin təhlükəsizliyini təmin etmək üçün İranın xarici güclərin köməyinə ehtiyacı yoxdur: “Biz yadların işlərimizə müdaxiləsi olmadan dostlarımız və qonşularımızla işləməyə hazırıq. Biz körfəz ölkələri üçün yaxşı qonşuyuq və öz evimizi qorumaq imkanındayıq. İran özünü və bütün regionu qorumaq, öz raketini, təyyarəsini, tankını və digər hərbi texnikasını hazırlamaq üçün heç bir zaman kimdənsə icazə almayıb və almayacaq da”. 

Ruhani bildirib ki, Amerika rəhbərliyinin İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı bəyanatı məntiqsizdir: “İran öz milli maraqlarına uyğun hərəkət etməyə davam edəcək”. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi