ABŞ İranı yenə hədələdi

abs-irani-yene-hedeledi
Oxunma sayı: 641

Basra körfəzinin qapısı hesab edilən Hürmüz boğazı dəniz hərəkətinə bağlanılması İranın “qırmızı xətti” aşacağı hesab ediləcək. Panetta “Biz Amerika Birləşmiş Ştatları olaraq Hürmüzün bağlanmasına göz yummayacağıq” deyib. CBS televiziyasına müsahibə verən ABŞ Müdafiə Nazirindən sonra Amerika silahlı qüvvələrinin Qərargah Rəisi Martin Dempsey Dünya neftinin 20 faizinin Hürmüz boğazından daşındığını, bu üzdən də İran belə addım atılarsa cavabın kəskin olacağını bildirib.

Xatırladıaq ki, İran nüvə proqramına görə ABŞ və Avropanın bu ölkəyə tətbiq etdiyi sanksiyalara etiraz olaraq Hürmüz boğazını dəniz nəqliyyat hərəkətinə bağlamaq qərarını vermişdi. Rəsmi Tehran bu qərarının arxasında duraraq Hürmüz boğazına hava hücumlarına, baş verəcəyi təqdirdə sabotajaıara cavab verə biləcək səviyyədə əsgəri potensialının olduğunu bəyan edib.

Aynur