ABŞ İŞİD-i bombaladı

abs-isid-i-bombaladi
Oxunma sayı: 948


“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, 2 aydır İŞİD döyüşçülərinin ələ keçirdiyi Əmirli bölgəsində türkmənlər üstünlük təşkil edir. 

Bu barədə rəsmi Pentaqonun sözçüsü Con Kibri açıqlama verib. O, ABŞ ordusunun minlərlə şiə türmənin yaşadığı Əmirliyə havadan humanitar yardım göstərdiyini ifadə edib: 

“Humanita yardımın çatdırılması üçün ətraf ərazilərdə olan İŞİD hərbçilərinə qarşı havadan hücum təşkil edilib. İŞİD-in hədəflərinə qarşı 3 hava hücumu təşkil edilib”.

O, ABŞ ordusunun indiyə qədər İraqda ümumilikdə 118 hava hücumunu həyata keçirdiyini qeyd edib.

ABŞ-in İŞİD-ə qarşı apardığı hava hücumu əməliyyatlarına Avstarliya, Fransa və İngiltərə təyyarələrinin də dəstək verdiyi ifadə olunub.