ABŞ koalisiyası Əsədin qoşunlarını vurdu - 100 döyüşçü öldürüldü

abs-koalisiyasi-esedin-qosunlarini-vurdu
Oxunma sayı: 2654

Suriyada Bəşər Əsədə bağlı güclərlə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri arasında güclü atışma olub. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Suriyada rejim tərəfdarlarının özlərini Suriya Demokratik Qüvvələri adlandıran PYD/PKK-nın qərargahına hücum etdiyini bildirib. 

Bundan sonra bir tərəfdə ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə YGP terrorçuları, digər tərəfdə isə Əsəd qüvvələri ilə Hizbullah militanları arasında qarşıdurma yaranıb. 

ABŞ  endirdiyi hava və artilleriya zərbələri nəticəsində 100-dən çox hökumətyönlü döyüşçünün məhv edildiyini açıqlayıb. 

Koalisiya nümayəndəsi bildirib ki, hökumətyönlü döyüşçülər “Suriya Demokratik Qüvvələri” ilə qarşıdurmaya girdikləri üçün əks hücuma keçməli olublar. Belə ki, koalisiya qüvvələrinin Əsədin qoşunlarına hücumu özünümüdafiə məqsədi daşıyıb.  Onun sözlərinə görə, hökumət qoşunlarına avia və artilleriya atəşi onlar demarkasiya xəttinə çəkildikdən sonra dayandırılıb. 

Rəsmi Dəməşq məsələ ilə bağlı hələ ki, heç bir şərh verməyib. 

Rusiya isə ABŞ-ın bu açıqlamasına dərhal reaksiya verib və Bəşər Əsəd qüvvələrinin öldürülməsini “hücum hərəkəti” kimi dəyərləndirib.