ABŞ Koreyanın raket hücumuna belə hazırlaşır

abs-koreyanin-raket-hucumuna-bele-hazirlasir
Oxunma sayı: 2088

Ağ Ev Şimali Koreyanın ABŞ-a raket hücumlarına qarşı iki eksperimental strategiya hazırlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Birinci halda KXDR-in ballistik raket buraxılış sisteminə kiber hücumların təşkilini nəzərdə tutulur.

İkinci strategiyaya raketləri "sürətlənmə fazası"nda vurmaq daxildir. Bunun üçün prezident administrasiyası qırıcı və pilotsuz uçuş aparatlarından istifadə etməyi təklif edir.

Ağ Ev bunun üçün Konqresdən 4 milyard dollar istəyib.