ABŞ Kubadakı diplomatların sayını azaldır

ABŞ Kubadakı diplomatların sayını azaldır
Oxunma sayı: 348

ABŞ Xarici İşlər Nazirliyi Havana səfirliyində xidmət göstərən əməkdaşların yarısının geri çağırılmasına qərar verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, səfirlik əməkdaşları 60 faiz azaldılacaq.

Bundan əlavə Kubadan viza xidmətlərinin verilməməsinə də qərar verilib. Ancaq ABŞ vətəndaşlarına  konsulluq xidmətinin verilməsi davam etdiriləcək.

Həmçinin Kubaya səfər edən ABŞ vətəndaşlarına da xəbərdarlıq edilib.

Xatırladaq ki, ABŞ-ın Havana səfirliyi əməkdaşları və ailə üzvlərindən 21-nin bilinməyən səbəbdən eşitmə problemi yaranıb. İnsident sonrası ABŞ-da xidmət edən iki Kuba diplomatı ölkədən çıxarılmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi