ABŞ Kubaya qarşı sanksiyaları artırdı

abs-kubaya-qarsi-sanksiyalari-artirdi
Oxunma sayı: 1005

ABŞ hökuməti 1962-ci ildən Kubaya qarşı tətbiq edilən ticari sanksiyaların müddətini daha 1 il müddətinə uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident Donald Tramp müvafiq fərman imzalayıb.

Ağ Evin rəsmi saytında yerləşdirilən sənəddə bildirilir ki, Kubaya münasibətdə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsinin bir il müddətinə uzadılması ABŞ-ın milli maraqlarına uyğundur.

Qeyd edək ki, ABŞ 2018-ci ilin sonunda Kuba, Venesuela və Nikaraquaya qarşı sanksiyalar tətbiq etmişdi. Rəsmi Vaşinqton bu ölkələri tiranlığın hökm sürdüyü üçlük kimi qələmə verərək burada anti-demokratik rejimə qarşı mübarizə aparacağını bildirmişdi. Daha sonra 2019-cu il ərzində ABŞ Venesuela Prezidenti Nikolas Maduronu dəstəkləyən Kubaya qarşı bir neçə dəfə sanksiya tətbiq edib.