“ABŞ KXDR ilə danışıqlara hazırdır” - Tillerson

abs-kxdr-ile-danisiqlara-hazirdir
Oxunma sayı: 1039

“ABŞ istənilən zaman Şimali Koreya ilə danışıqlar aparmağa hazırdır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Reks Tillerson bildirib.

O, bu barədə Vaşinqtonda Atlantik Şuranın iclasında çıxış edərkən bəyan edib.

“KXDR səlahiyyətlilərinin danışıqlar masası arxasına oturması zəruridir və biz istədikləri vaxt onlarla danışmağa hazırıq”,- deyə nazir vurğulayıb.

Tillerson həmçinin qeyd edib ki, “hər yeni raket sınağı ilə, KXDR dünya birliyindən daha da təcrid olunacaq”.