“ABŞ-la müharibə olmayacaq”

“ABŞ-la müharibə olmayacaq”
Oxunma sayı: 1740

İranın ali dini lideri ayətulla Əli Xameneyi ABŞ-la münasibətlərin kəskinləşməsi fonunda Tehranın Vaşinqtona qarşı müqaviməti davam etdirəcəyini, lakin müharibə olmayacağını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, belə bir bəyanatla dini lider milli televiziyanın efirində çıxışı zamanı deyib. 

“Müharibə olmayacaq. İran xalqı Amerikaya müqavimət yolunu seçdi və bu müqavimət onu geri çəkilməyə vadar edəcək. 

Xamaneyi vurğulayıb ki, müqavimət hərbi xarakter daşımır, silahlı qarşıdurmanı tərəflərdən heç biri istəmir. 

Bununla yanaşı , o qeyd edib ki, ABŞ-la nüvə və raket proqramı ilə bağlı danışıqlar olmayacaq. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi