ABŞ Liviya ilə bağlı daha bir qətnamə qəbul etdi

ABŞ Liviya ilə bağlı daha bir qətnamə qəbul etdi
Oxunma sayı: 132

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qətnamə BMT Təhlükəsizlik Şurasının 1973-cü qətnaməsi üzrə NATO missiyasının bir hissəsi kimi icra olunacaq. Qətnamə ABŞ prezidentinin səlahiyyətləri çərçivəsində ABŞ milli maraqlarına dəstək olaraq Birləşmiş Ştatların Liviyada silahlı qüvvələrinin məhdudlaşdırılmış istifadəsini davam etməyə imkan verir. Bu əməliyyatlarda Amerikanın quru qüvvələrindən istifadə qadağan olunur. Qətnamənin müddəti bir illə məhdudlaşdırılıb.

Qeyd edək ki, qətnamə layihəsini Con Kerri və Con Makkeyn təqdim edib.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi