“ABŞ Liviyada sülh istəsəydi, səfiri öldürülməyəcəkdi”

abs-liviyada-sulh-isteseydi-sefiri-oldurulmeyecekdi
Oxunma sayı: 644

“Qafqazinfo” türk mediasına istinadən xəbər verir ki, Türkiyə Səadət Partiyası sədri Mustafa Kamalak səfirin öldürülməsində ABŞ-ın da günahının olduğunu bildirib: “ABŞ Liviyada sabitlik və sülhü istəsəydi, şübhəsiz, səfiri və vətəndaşı öldürülməyəcəkdi”.

Sədr həmçinin qeyd edib ki, peyğəmbərlərin haqq anlayışı dünyaya hakim olmayana kimi yer üzündə sülh və sabitlik olmayacaq.
Mustafa Kamalak ABŞ səfirirnin ölümünə səbəb olan “Müsəlmanların məsumiyyəti” filminə də münasibətini bildirib: “Bu, bizim üçün heç də təəccüblü deyil. Düşmənlər öz işini görür. Bizim üçün narahatedici olan 60-a yaxın İslam ölkəsinin pərakəndə olmasıdır”.