ABŞ məktəblərində ərəb dlinə maraq artır

abs-mekteblerinde-ereb-dline-maraq-artir
Oxunma sayı: 633

“Azerimuslims.com” Rusiya mətbuatına istinadən bildirir ki, ABŞ-ın təhsil ocaqlarında ərəb dilinin populyarlığının günbəgün artdığı məlum olub. Belə ki, ölkədə aparılan araşdırma nəticələrinə görə, ölkə kolleclərində ərəb dili öyrənən tələbələrin sayı artıb.

Müasir Dillər Assosiasiyasının (MDA) nümayəndəsi ərəb dilinin tələbələrin öyrəndiyi digər əcnəbi dilləri üstələdiyini deyib. Təşkilat rəsmisi bu tendensiyanın xüsusilə 11 Sentyabr hadisələrindən sonra müşahidə edildiyini qeyd edib.

Artıq ərəb dilinin Birləşmiş Ştatların bəzi ali təhsil ocaqlarında öyrənilməsinə başlanıldığı xəbər verilir. Rusiya mətbuatı ABŞ-ın Manhetten ştatının bir sıra liseylərində ərəb dili kursunu bitirən şagirdlərin dünyanın bir çox ölkəsində tanınan “beynəlxalq bakalavr” proqramının diplomu ilə təltif olunduqlarını yazıb.

Mövzu ilə bağlı xəbərlərdə ərəb dilinin lisey və kolleclərdə tədrisi təklifinin sözügedən məktəblərin Valideyn komitələri tərəfindən irəli sürüldüyü qeyd olunub. ABŞ-ın Hamilton-Hayts məktəbinin müəllimlərinin fikrincə, bu gedişlə hələlik yalnız ərəbdilli ölkələrdə geniş yayılan Quranın dilində tezliklə dünyanın bir çox ölkəsində danışılacaq.