ABŞ məscidi vurmadığını bildirib

abs-mescidi-vurmadigini-bildirib
Oxunma sayı: 655

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Mosuldakı ən-Nuri məscidini bombalamadığını açıqlayıb.

“Qafqazinfo” xaric KİV-ə istinadən xəbər verir ki, bunu koalisiyanın rəsmi nümayəndəsi olan polkovnik Con Dorrian bildirib.

Daha əvvəl “Frans Press” agentliyi İŞİD-in məscidi bombalamaqda ABŞ-ı ittiham etdiyini yazıb.

Öz növbəsində, yerüstü əməliyyatlar koalisiyanın komandanı general Cozef Martin məscidlərin məhv edilməsini "Mosul sakinlərinə və bütün İraq xalqına qarşı cinayət" adlandırıb .