ABŞ müdafiə nazirindən Əfqanıstana gözlənilməz səfər

abs-mudafie-nazirinden-efqanistana-gozlenilmez-sefer
Oxunma sayı: 630

ABŞ müdafiə naziri Ceyms Mettis bu gün planlaşdırılmamış səfərlə Əfqanıstana gedib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Mettis əfqan məmurlar və amerikalı hərbçilərlə görüşəcək. Pentaqon rəhbərinin səfəri əfqan həmkarının istefasını elan etdiyi günə təsadüf edib. 

Xatırladaq ki, ABŞ aprelin ortalarından etibarən ilk dəfə olaraq Əfqanıstanda İŞİD terror qruplaşmasına qarşı döyüşlərdə ən güclü qeyri-nüvə mərmisindən istifadə edib.