“ABŞ müharibəyə başlamaq istəyir” - Xameneyi

abs-muharibeye-baslamaq-isteyir
Oxunma sayı: 3617

ABŞ Yaxın Şərqdə müharibəyə başlamaq istəyir. “Düşmənlərin” Qüdsü İsrailin paytaxtı elan etmək istəyi onların gücsüzlüyündən xəbər verir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözlərinə İranın ali dini lideri Əli Xameneyi deyib:

“Bugünkü gündə Amerika, sionist rejim və onların regiondakı bütün yaltaqları tiranlardırlar. Onlar ABŞ-ın planı əsasında müharibəyə başlamaq istəyirlər.

Fələstin məsələsində onların əlləri bağlıdır və öz məqsədlərinə nail ola bilməyəcəklər”. 

Xatırladaq ki, bu gün prezident Donald Tramp ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsini elan edəcək.