ABŞ müsəlman dövlətlərindəki səfirliklərinin müdafiəsini gücləndirir

abs-muselman-dovletlerindeki-sefirliklerinin-mudafiesini-guclendirir
Oxunma sayı: 643

ABŞ İordaniya, İsrail və Türkiyədəki səfirliklərinin müdafiəsini gücləndirir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerikanın Müdafiə Nazirliyi məlumat yayıb. Artıq diplomatik orqanlara onlarla hərbçi göndərilib. ABŞ Dövlət Departamenti ilə Pentaqon hazırda Livan, Misir və Pakistandakı səfirliklərinin mühafizəsini gücləndirməyə başlayıb. 

Qeyd edək ki, ABŞ-ın Qüdsdə səfirlik açmasından sonra Qəzzada toplaşan fələstənlilərə İsrail əsgərlərinin açdığı atəş nəticəsində 59 nəfər dünyasını dəyişib, 3 minə yaxın etirazçı yaralanıb. 

Nuranə