ABŞ nüvə sazişi ilə bağlı qərarını açıqladı

abs-nuve-sazisi-ile-bagli-qerarini-aciqladi
Oxunma sayı: 1044

Bir müddətdir ABŞ-ın İranla əldə etdiyi nüvə sazişindən imtina edəcəyi barədə xəbərlər gündəmi zəbt etmişdi.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın sazişdən imtina etməyəcəyi, lakin prezident Donald Trampın rəsmi Tehranın müqavilədən irəli gələn öhdəliklərə riayət etmədiyi barədə çıxış edəcəyi elan edilib.

Buna görə də, sazişə yenidən baxılması məsələsinin müzakirəyə çıxarılacağı gözlənilir.

Xatırladaq ki, İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan tarixi saziş 2015-ci ildə əldə edilib. Görüşdə İranlala birlikdə ABŞ, Fransa, Çin, Böyük Britaniya, Rusiya və Almaniyadan ibarət P5+1 qrupu iştirak edib.

Sövdələşmə, 2025-ci ildən sonra uranın zəngilləşdirilməsinə dair məhdudiyyətlərin ləğvini nəzərdə tutur.