ABŞ o ölkəyə 6 milyard dollar yardım ayırdı

abs-o-olkeye-6-milyard-dollar-yardim-ayirdi
Oxunma sayı: 1822

ABŞ əsas müttəfiqlərindən olan İordaniyaya beş il ərzində 6 milyard dollar məbləğində yardım edəcək.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı hər iki ölkə arasında memorandum imzalanıb. ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib ki, Vaşinqtonun krallığa yardımı dörd dəfə artıb. 

İmzalanan memorandum krallığa 2018-2022-ci illər ərzində hərbi-iqtisadi yardım göstərməyi nəzərdə tutur. 

Qeyd edək ki, İordaniya dünyada ABŞ-dan ən çox yardım alan ölkələr sırasındadır.