ABŞ ölümcül qasırğaya hazırlaşır - 170 milyardlıq zərər+Fotolar

ABŞ ölümcül qasırğaya hazırlaşır
Oxunma sayı: 1681

ABŞ-ın şərqindəki əyalətlər artıq “Florence” qasırğasının ilk təsirlərini hiss etməyə başlayıblar.

“Qafqazinfo” xəbər verir ki, saatda 150 kilometr sürətlə irəliləyən qasırğa səbəbindən bölgədə indidən 100 min evə elektrik verilişi dayandırılıb. 

Rəsmilər alçaq bölgələrdə sel sularının 4 metrəyə çatacağı, bunun çox sayda insan tələfatına səbəb olacağı ilə bağlı xəbərdarlıq ediblər.  

Mütəxəssislərin fikrincə, qasırğa ABŞ-a 170 milyard dollar zərər verəcək və 5 milyon insan təsirlənəcək.

Artıq quruya yaxınlaşan qasırğanın yol açdığı şiddətli yağış və küləklər sahil ərazilərində özünü göstərib. Dükan və benzin stansiyalarının əksəriyyətinin bağlı olduğu Nyu Berndə hələ də açıq olan market və yanacaqdoldurma məntəqələri qarşısında uzun növbələr yaranıb. 






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi