“ABŞ oturduğu budağı kəsir” - Putin

abs-oturdugu-budagi-kesir
Oxunma sayı: 2398

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın dollarla əməliyyatlar aparılmasına qoyduğu məhdudiyyətləri sərt şəkildə tənqid edib.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, Putin “ABŞ, onu bəsləyən əli dişləyir, oturduğu budağı kəsir” ifadələsini işlədib.

Putin ABŞ-ın bu addımının dollar etibarı zədələyəcəyini söyləyib.

O, Avropa ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyaları da ləğv etməyə çağırıb.

Xatırladaq ki, Putin ötən ay dollardan asılılığı azaltmaq üçün addımlar atılması barədə göstəriş vermişdi.