ABŞ Pakistana maliyyə yardımını dayandırır

abs-pakistana-maliyye-yardimini-dayandirir
Oxunma sayı: 800

ABŞ Pakistana ayrılan maliyyə yardımını dayandırır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət departamentinin rəsmi nümayəndəsi Hazer Nauert bildirib.

“Bu gün biz təhlükəsizlik məsələləri üzrə yardımı dayandırırıq (maliyyə-red)”, -deyə Nauert brifinqdə söyləyib.

Onun sözlərinə görə, Vaşinqton rəsmi İslamabadın terrorla mübarizədə kifayət qədər səy göstərmədiyi üçün bu qərarı verib. “Pakistan daha əzmli və qəti  qərarlar verməlidir”, deyə vurğulanıb.

Hezer  Nauert daha əvvəl ABŞ-ın Pakistana 255 mln. dollar maliyyə yardımını “dondurduğunu” da xatırladıb.