ABŞ polisi prezidentliyə namizədi saxladı

abs-polisi-prezidentliye-namizedi-saxladi
Oxunma sayı: 846

Qvatemalada prezidentliyə namizəd Mario Amilkar Estrada Orellana ABŞ-ın Mayami şəhərində saxlanılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, meksikalı narkotik ticarətçiləri ilə əməkdaşlıqda ittiham edilir.

İddialara görə, o, “Sinaloa” adlı silahlı dəstəyə qanunsuz silah alveri, siyasi rəqibləri sui-qəsd həyata keçirmək və narkotik maddə satışında Qvatemala limanlarını istifadə etməyi təklif edib.

Əgər onun əməlləri sübuta yetirilərsə 10 il və ya ömürlük həbs cəzası ala bilər.