ABŞ prezidenti Kim Çın Inla görüşə razılıq verib

ABŞ prezidenti Kim Çın Inla görüşə razılıq verib
Oxunma sayı: 1115

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşməyə razılıq verib.

“Qafqazinfo” xəbər verir ki, məlumatı Ağ Evin mətbuat katibi Sara Sanders də təsdiqləyib. Onun sözlərinə görə, görüş yeri və vaxtı daha sonra razılaşdırılacaq. Bununla yanaşı, Şimali Koreyaya qarşı sanksiya və təzyiqlər o vaxtda qədər qüvvədə qalacaq:

“Biz Şimali Koreyanın denuklearizasiya ilə bağlı addım atmasını səbirsizliklə gözləyirik. Bununla yanaşı, sanksiya və maksimum təzyiq qalmalıdır”. 

Şimali Koreya lideri Kim Çen In da prezident Trampla mümkün qədər tez vaxta görüşməyə hazır olduğunu bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi