ABŞ qadağa qoyduğu Çin məhsullarının siyahısını açıqladı

ABŞ qadağa qoyduğu Çin məhsullarının siyahısını açıqladı
Oxunma sayı: 1121

ABŞ Ticarət Nümayəndəliyi prezident Donald Trampın iyunun 18-də verdiyi sərəncama əsasən hazırlanan 10 faizlik əlavə gömrük vergisini tətbiq edəcək Çin məhsullarının siyahısını açıqlayıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, təxminən 200 milyard dollar dəyərində 5 min məhsulun olduğu siyahıda dəniz məhsullarından idman əlcəyinə, təbii və kimyəvi minerallardan meyvə-tərəvəzə, tütün məmulatlarından avtomobil təkərlərinə qədər bir çox çeşiddə mal yer alır.

ABŞ ictimaiyyətinin müzakirəsinə açılan siyahı 60 gün ərzində gələcək rəylərdən sonra yenidən nəzərdən keçiriləcək.

Çin rəhbərliyi isə qarşılıklı olaraq gömrük tariflərinin yüksəldilməsi iki ölkə arasındakı ticarətə zərər verəcəyini bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi