ABŞ Qaşıqçı cinayətinə görə hərəkətə keçdi - 17 nəfəri sanksiya gözləyir

abs-qasiqci-cinayetine-gore-herekete-kecdi
Oxunma sayı: 1409

ABŞ-ın Xəzinə Nazirliyi jurnalist Camal Qaşıqçının qətlində adı hallanan 17 Səudiyyə Ərəbistanı rəsmisinə sanksiyalar tətbiq edəcək.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, sanksiya tətbiq edilənlər arasında Səudiyyə Ərəbistanının baş konsulu Məhəmməd Uteybi, vəliəhd şahzadə Məhəmməd bin Salmanın keçmiş sözçülərindən olan Səud əl-Kahtani də var. 

Səudiyyəli vəkil daha əvvəl Qaşıqçı cinayətində adı hallanan 11 nəfərdən 5-nin edamının tələb edildiyini açıqlamışdı.