ABŞ qəzeti ifşa etdi - Miqrantlara təcavüz edilir

abs-qezeti-ifsa-etdi
Oxunma sayı: 1278

ABŞ-ın “Huffington Post” qəzeti ölkədəki miqrantların övladlarına işgəncə edildiyi barədə hesabat hazırlayıb.

“Qafqazinfo” “Parstoday”a istinadən xəbər verir ki, qəzetə açıqlama verən bir vəkil miqrant uşaqların fiziki və mənəvi təcavüzlərə məruz qaldıqlarını, həmçinin ac, susuz və yuxusuz saxlanıldıqlarını söyləyib.

“Nyu-York Tayms” qəzeti isə ABŞ-da müvəqqəti saxlanma təcridxanalarındakı miqrant qadınların cinsi təcavüzə uğradıqlarını yazıb.

Son 10 ildə minlərlə belə faktın yaşandığı bildirilib.