ABŞ Qəzza üçün 212 milyon dollar verəcək

abs-qezza-ucun-212-milyon-dollar-verecek
Oxunma sayı: 636


“Qafqazinfo” aznews.az-a istinadən xəbər verir ki, İsrail ilə Həmas arasında 50 gün davam edən münaqişədən sonra Qəzzanı yenidən tikmək üçün Fələstin hakimiyyəti ümumi olaraq 4 milyard dollar xahiş edir.

Müharibədə ən azı 100 000 Qəzza sakini evini itirib, ərazinin infrastrukturuna ciddi ziyan vurulub.

Bundan əvvəl Fələstin və Misir prezidentləri İsraili uzunmüddətli sülh təşəbbüsünə çağırış etmişdi.

Yeddi həftə davam edən münaqişədə 2100-dən çox fələstinli öldürülüb. Onların əksəriyyəti mülki şəxslər idi. İsraildə isə 66 əsgər və yeddi mülki şəxs ölüb.

Müxbirlər deyirlər ki, İsrailin bombardmanından sonra Qəzzadakı bəzi məhəllələr zəlzələ zonalarına bənzəyir. İsrailin havadan hücumları Qəzzadan gələn raketlərə cavab olaraq həyata keçirilib.

Qahirədə keçirilən konfransda onlarla ölkədən olan nümayəndələr iştirak edib.