ABŞ qoşunları İraqı tərk edir

abs-qosunlari-iraqi-terk-edir
Oxunma sayı: 633

Trend-in məlumatına görə, bu barədə İraqın vitse-prezidenti Hüdeyr əl-Xuzayi "Əs-Sumariya" telekanalına bəyan edib.

O bu bəyanatı ABŞ-ın İraqdakı səfiri Ceyms Ceffri ilə görüşdən sonra səsləndirib. Öz növbəsində Ceffri ABŞ hökumətinin İraq hökuməti ilə bağlanmış müqaviləyə uyğun olaraq qoşunlarını bu ilin sonunadək bu ölkədən çıxarmaq istədiyini bildirib. Bu barədə RİA Novosti xəbər yayıb.

O qeyd edib ki, ABŞ yenə də İraq hökuməti və xalqına azadlıq və demokratiya sahəsində ən yaxşı nümunə olmaq üçün yardım göstərməyə davam edəcək.