ABŞ rəqibləri üzərində hərbi üstünlüyünü itirir

abs-reqibleri-uzerinde-herbi-ustunluyunu-itirir
Oxunma sayı: 1148

ABŞ rəqibləri üzərində, xüsusilə Rusiya və Çin üzərində öz hərbi üstünlüyünü itirir.

“Qafqazinfo” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin rəhbəri general Cozef Danford bildirib.

O, Massaçusets ştatında Tafta universitetində çıxışı zamanı qeyd edib ki, Rusiya, Çin və digər ölkələr ABŞ-ın hərbi əməliyyatların aparılması metodlarını öyrəniblər və Vaşinqtonun üstünlüyünü minimuma endirmək üçün öz strategiyalarını hazırlayıblar.