ABŞ Rusiya ilə münasibətləri bərpa etmək istəyir

abs-rusiya-ile-munasibetleri-berpa-etmek-isteyir
Oxunma sayı: 1713

ABŞ ümumi problemlərin həlli üçün Rusiya ilə münasibətləri bərpa etmək istəyir.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert deyib.

“Mən deyərdim ki, münasibətlər (ABŞ və Rusiya arasında- red) çətin və qəlizdir. Dövlət Katibi əlaqələrin ən aşağı səviyyədə olduğunu söyləyib.

Biz bu münasibətləri bərpa etmək istəyirik, çünki bir çox sahələrdə qarşılıqlı narahatlıq doğuran məsələlər var. Şimali Koreya - onlarda biridir”, - deyə Nauert bildirib.