ABŞ Rusiyaya bu həftə sanksiya tətbiq edəcək

abs-rusiyaya-bu-hefte-sanksiya-tetbiq-edecek
Oxunma sayı: 1275


“Qafqazinfo” xəbər verir ki  bu sözləri ABŞ-ın dövlət katibi Con Kerrini Ukraynanın paytaxtı Kiyevə səfəri zamanı müşayiət edən ABŞ məmurlarından biri deyib. 

“Hesab edirəm ki, Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalar mərhələli xarakter daşıyacaq”, - deyə ABŞ rəsmisi bildirib.

Xatırladaq ki, Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalar barədə ABŞ rəhbərliyi əvvəlcədən xəbərdarlıq etmişdi. Xüsusilə, bu informasiya ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki tərəfindən mətbuata yayılmışdı. Psaki verdiyi bəyənatda bildirmişdi ki, artıq sanksiyaların tətbiqinə başlanılır. ANSPress