ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi - Siyahıda generalın da adı var

abs-rusiyaya-qarsi-sanksiyalari-genislendirdi
Oxunma sayı: 1322

ABŞ hökuməti Rusiyaya qarşı sanksiyaları yenidən genişləndirib.

“Qafqazinfo”nun “Tass” agentliyinə istinadən verdiyi xəbərə görə, qara siyahıya 27 fiziki şəxs və 6 şirkət daxil edilib.

ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi prezident Donald Trampın Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi haqqında imzaladığı fərmanı xatırladaraq qeyd edib ki, sənədə görə Amerika lideri Dövlət Departamentinə müəyyən sanksiyalar tətbiq etməyə icazə verib.

Onun sözlərinə görə, Amerika hökuməti qara siyahıya Rusiyanın müdafiə və kəşfiyyat sektoru ilə əlaqəsi olan insanları daxil edib. Siyahıda Rusiya Silahlı Qüvvələri Baş Qərargahın Baş İdarəsinin rəisi, general-polkovnik İqor Korobov da var.