ABŞ səfiri vicdan məhbuslarından danışdı

abs-sefiri-vicdan-mehbuslarindan-danisdi-
Oxunma sayı: 636

“Bir neçə həftə əvvəl Amnesty International təşkilatının nümayəndələri ilə görüşüm olub. Onlar öz hesabatlarında əsaslı analizə və araşdırmalara əsaslanır”.
Bu barədə Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza “Turan”ın Amnesty International təşkilatının Azərbaycanda 17 fəalı “vicdan məhbusu” kimi tanıması ilə bağlı sualının cavabında bildirib. “Amnesty International, mənim hökumətim də daxil olmaqla, beynəlxalq təşkilatlarla, ən əsası isə Azərbaycan hökuməti və vətəndaşları arasında dialoqun yaradılmasında mühüm rol oynayır”, - deyə o qeyd edib.