ABŞ səfirliyi qarşısında partlayış törədildi

abs-sefirliyi-qarsisinda-partlayis-toredildi
Oxunma sayı: 1155

Misirin paytaxtı Qahirədə ABŞ səfirliyi qarşısında partlayış olub.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, hadisə səfirlik binası qarşısına qoyulan çantadakı partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.

Ölən və ya yaralıların olması barədə məlumat verilməyib.

Hadisədən sonra 1 nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.